Yazını böyüt
Yazını kiçilt
Minvoddan İrəvana uçan Rusiya təyyarəsinin mühərrik qapağı(kapot) qopub. Rusiya avia-şirkətinin Ermənistana uçan təyyarəsi təcili olaraq kursunu və enişini dəyişmək məcburiyyətində qalıb.
Hafta.az xəbər verir ki, bu haqda “Aviatorşina” teleqram kanalı məlumat yayıb.
Təyyarənin sol mühərrikinin kapotu asılı qalıb, örtüyün isə hava limanının ərazisinə düşdüyü qeyd olunur. Bu xoşagəlməz hadisə dünən səhər saatlarında Minvoddan Yerevana uçan “Azimut” aviaşirkətinin heyətinin başına gəlib.
Ekipaj komandiri vəziyyəti qiymətləndirərək Minvod hava limanına qayıtmaq qərarına gəlib və bir neçə dəqiqədən sonra təhlükəsiz eniş edib.